Bank Of Baku

Milad bayramı ilə əlaqədar Amerika və Avropa bazarlarında neft üzrə ticarət aparılmayıb

Milad bayramı ilə əlaqədar Amerika və Avropa bazarlarında neft üzrə ticarət aparılmayıb
# 27 dekabr 2011 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Dekabrın 26-da Amerika və Avropa bazarlarında milad bayramı ilə əlaqədar neft üzrə ticarət sessiyası aparılmayıb.

«APA-Economics»in məlumatına görə, növbəti ticarət sessiyası bu gün – dekabrın 27-də keçiriləcək.

Qeyd edək ki, dekabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,15 dollar və ya 0,2% artaraq 1 barelə görə 99,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07ollar və ya 0,1 artaraq 107,96 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR