Bank Of Baku

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,01%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,01%, Nasdaq 0,3% yüksəlib
# 28 dekabr 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 12 291 bəndədək enib, S&P 500 0,01% - 1 265 bəndədək, Nasdaq 0,3% - 2 625 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına bir sıra makroiqtisadi göstəricilər təsir edib və onlardan bəzilərinin müsbət, bəzilədinin isə mənfi olduğundan bazarda vahid tendensiya müşahidə olunmayıb. Belə ki, istehlakçıların ölkə iqtisadiyyatına olan etimadı indeksinin dekabrda 55,2 bənddən 64,5 bəndədək yüksəlməsi bazara yüksəldici, yaşayış daşınmaz əmlakı indeksinin enməsi isə bazara endirici təsir edib.

Avropa fond bazarlarında dekabrın 27-də FTSE 100 indeksi 1,0% - 5 513 bəndədək, Almaniya DAX-ı 0,2% - 5 890 bəndədək, Fransa CAC-40-ı isə 0,03% - 3 103 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% azalaraq 1 589,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3064 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR