Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 18,8 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 18,8 mln. dollarlıq əqdlər bağlanılıb
# 28 dekabr 2011 15:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Biryasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7854 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7857 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmyıb, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 14 767 760 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7854 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 18,8 mln. dollar və ya 14 767 760 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 12,50%, ABŞ dolları üzrə isə illik 12,94% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR