Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq 0,9% yüksəlib
# 30 dekabr 2011 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 12 287 bəndədək, S&P 500 1,1% - 1 263 bəndədək, Nasdaq 0,9% - 2 614 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına bir sıra makroiqtisadi xəbərləri təsir edib. Belə ki, təkrar bazarda evlərin satışı üzrə əqdləri əks etdirən indeksi noyabr ayında 7,3% artaraq 100,1 bəndə çatıb ki, bu da 19 aylıq maksimumudur. Bundan başqa son 4 həftə ərzində edilən işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb. Bu kimi xəbərlər bazara müsbət təsir edib.

Avropa fond bazarlarında dekabrın 29-da FTSE 100 indeksi 1,1% - 5 567 bəndədək, Almaniya DAX-ı 1,3% - 5 849 bəndədək, Fransa CAC-40-ı isə 1,8% - 3 128 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 555,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2938 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR