Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,02% yüksəlib, Nasdaq 0,01% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,02% yüksəlib, Nasdaq 0,01% enib
# 05 yanvar 2012 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 418 bəndədək, S&P 500 0,02% - 1 277 bəndədək yüksəlib, Nasdaq 0,01% - 2 648 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına makroiqtisadi xəbərləri təsir edib.

Avropa fond bazarlarında yanvarın 4-də FTSE 100 indeksi 0,5% - 5 670 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 116 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 3 199 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 616,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2922 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR