Bank Of Baku

AGBI indeksi 1,0988, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0988, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 06 yanvar 2012 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0987 bənd və ya 9,9% artaraq yanvar ayının 6-na 1,0988 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması bazarın kapitallaşmasının artması ilə əlaqədar olub. Belə ki, yanvarın 5-də həcmi 12,2 mln. manat olan not buraxılışı dövriyyədən çıxarılıb və 20 mln. manatlıq buraxılış yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR