Bank Of Baku

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,3%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,3%, Nasdaq 0,8% yüksəlib
# 06 yanvar 2012 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 12 416 bəndədək enib, S&P 500 0,3% - 1 281 bəndədək, Nasdaq 0,8% - 2 670 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına məşğulluq bazarı barədə müsbət statistika təsir edib. Belə ki, dekabrın son həftəsində işsizlik üzrə ilkin müraciətlərin sayı 15 min azalaraq 372 minə çatıb. Bundan başqa, istehsal sektorunda məşğulluq indeksi dekabr ayında 325 min artıb ki, bu da analitiklərin proqnozlarından 1,8 dəfə çox olub.

Avropa fond bazarlarında yanvarın 5-də FTSE 100 indeksi 0,8% - 5 624 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 096 bəndədək, Fransa CAC-40-ı isə 1,5% - 3 145 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 624,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2779 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR