Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,3% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3% enib, Nasdaq 0,2% yüksəlib
# 09 yanvar 2012 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 360 bəndədək, S&P 500 0,3% - 1 278 bəndədək enib, Nasdaq 0,2% - 2 674 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına daxili amillər müsbət, xarici amillər isə mənfi təsir göstərib. Belə ki, ABŞ-da işsizlik səviyyəsi 8,5%-ə qədər azalıb və beləliklə 2009-cu ilin fevralından ən aşağı göstəriciyə çatıb. Eyni zamanda Almaniyanın bir sıra mənfi makroiqtisadi göstəriciləri və Macarıstanın reytinqinin endirilməsi bazara mənfi təsir göstərib.

Avropa fond bazarlarında yanvarın 6-da FTSE 100 indeksi 0,5% - 5 650 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,6% - 6 058 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 3 137 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 610,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2704 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR