Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib
# 10 yanvar 2012 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 393 bəndədək, S&P 500 0,2% - 1 281 bəndədək, Nasdaq 0,1% - 2 677 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, kotirovkaların dinamikasına korporativ hesabatlılıq mövsümü ərəfəsində investorlar arasındakı nikbinlik təsir edib ki, əsas şirkətlərin hesabatlarının müsbət olacağı gözlənilir.

Avropa fond bazarlarında yanvarın 9-da FTSE 100 indeksi 0,7% - 5 612 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,7% - 6 017 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 3 128 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 622 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2786 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR