Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,9%, Nasdaq 1,0% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,9%, Nasdaq 1,0% yüksəlib
# 11 yanvar 2012 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Yanvarın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 463 bəndədək, S&P 500 0,9% - 1 292 bəndədək, Nasdaq 1,0% - 2 703 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə daxili və xarici amillər təsir edib. Daxili amillərin sırasında ölkənin ən iri alümin şirkəti olan “Alcoa”nın 2011-ci ildə mənfəətinin 2,4 dəfə artaraq 611 mln. dollara çatması barədə məlumatı qeyd etmək olar. Xarici amillərin sırasında Çinin makroiqtisadi göstəricilərin müsbət olması, “Fitch” agentliyin yaxın perspektivdə Fransanın reytinqinin azaldılması planların olmaması barədə bəyanatı, Yunanıstan tərəfindən xəzinə veksellərin yerləşdirilməsini qeyd etmək olar.

Avropa fond bazarlarında yanvarın 10-da FTSE 100 indeksi 1,5% - 5 697 bəndədək, Almaniya DAX-ı 2,4% - 6 163 bəndədək, Fransa CAC-40-ı isə 2,7% - 3 211 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 636,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2738 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR