Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,3392, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,3392, AMFBI indeksi 1,0001 təşkil edib
# 12 yanvar 2012 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq yanvar ayının 12-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,3392 bənd və ya 33,9% artaraq 1,3392 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması bazar kapitallaşmasının artması ilə əlaqədar olub. Belə ki, yanvarın 11-də 11,2 mln. manatlıq notlar buraxılışı dövriyyədən çıxarılıb və 30 mln. manatlıq buraxılış yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR