Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,5% yüksəlib
# 13 yanvar 2012 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 471 bəndədək, S&P 500 0,2% - 1 296 bəndədək, Nasdaq 0,5% - 2 725 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən xarici amillər təsir edib. Belə ki, İspaniya və İtaliya tərəfindən dövlət istiqrazlarının uğurla yerləşdirilməsi xəbəri investorlara müsbət təsir edib.

Avropa fond bazarlarında yanvarın 12-də FTSE 100 indeksi 0,2% - 5 662 bəndədək enib, Almaniya DAX-ı 0,4% - 6 179 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,2% - 3 200 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 641,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2829 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR