Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,5% enib
# 16 yanvar 2012 06:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 422 bəndədək, S&P 500 0,5% - 1 289 bəndədək, Nasdaq 0,5% - 2 711 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına xarici amillər, o cümlədən «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi tərəfindən Fransa, İtaliya, İspaniya, Kipr, Portuqaliya, Avstriya, Malta, Slovakiya və Sloveniyanın reytinqlərinin endirilməsi təsir edib.

Avropa fond bazarlarında yanvarın 13-də FTSE 100 indeksi 0,5% - 5 637 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 143 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 3 197 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 639,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2643 (-1,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR