Bank Of Baku

Avropa fond bazarlarında əsas indekslər yüksəlib

Avropa fond bazarlarında əsas indekslər yüksəlib
# 17 yanvar 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa fond bazarlarında yanvarın 16-da FTSE 100 indeksi 0,4% - 5 657 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 220 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 3 225 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Avropa fond bazarında kotirovkaların yüksəlməsinə Fransada dövlət istiqrazlarının uğurla yerləşdirilməsi təsir edib.

ABŞ-da Martin Lüter Kinq günü münasibəti ilə yanvarın 16-da ticarət keçirilib. Əvvəlki günün nəticəsində Dow Jones indeksi 12 422 bənd, S&P 500 1 289 bənd, Nasdaq 2 711 bənd təşkil edib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 658,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2725 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR