Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,5% yüksəlib
# 19 yanvar 2012 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 579 bəndədək, S&P 500 1,1% - 1 308 bəndədək, Nasdaq 1,5% - 2 770 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsinə əsasən makroiqtisadi xəbərlər təsir edib. Belə ki, yaşayış daşınmaz əmlak bazarı indeksi yanvarda 4,5 illik maksimuma çatıb, sənaye istehsalın həcmi dekabrda noyabrla müqayisədə 0,4% artıb, istehsal obyektlərin işlənmə əmsalı dekabrda 0,3 faiz bəndi artaraq 78,1%-ə çatıb.

Avropa fond bazarlarında yanvarın 18-də FTSE 100 indeksi 0,2% - 5 702 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 355 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,2% - 3 265 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 664,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2862 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR