Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% yüksəlib
# 20 yanvar 2012 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 624 bəndədək, S&P 500 0,5% - 1 315 bəndədək, Nasdaq 0,7% - 2 788 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsinə əsasən korporativ xəbərlər, o cümlədən bir sıra iri şirkətlərin müsbət hesabatları təsir edib. Belə ki, “Bank of America” və “Morgan Stanley” bankları mənfəətin əldə olunmasını bəyan edib, “Microsoft”, “Intel”, “Google” və “IBM” şirkətlərin mənfəəti isə artıb ki, bu xəbərlər bazar iştirakçılarına müsbət təsir göstərib.

Avropa fond bazarlarında yanvarın 19-da FTSE 100 indeksi 0,7% - 5 741 bəndədək, Almaniya DAX-ı 1,0% - 6 416 bəndədək, Fransa CAC-40-ı isə 2,0% - 3 329 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 658,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2965 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR