Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib
# 23 yanvar 2012 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 721 bəndədək, S&P 500 0,1% - 1 316 bəndədək yüksəlib, Nasdaq 0,1% - 2 787 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına korporativ xəbər və hesabatlar təsir edib və bu səbəbdən bazarda vahid dinamika müşahidə olunmayıb.

Avropa fond bazarlarında yanvarın 20-də FTSE 100 indeksi 0,2% - 5 729 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 404 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 322 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 664,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2931 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR