Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib
# 24 yanvar 2012 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 709 bəndədək enib, S&P 500 0,1% - 1 316 bəndədək yüksəlib, Nasdaq 0,1% - 2 787 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına Yunanıstanda borc böhranı ilə bağlı qeyri-müəyyənlik təsir edib.

Avropa fond bazarlarında yanvarın 23-də FTSE 100 indeksi 0,9% - 5 780 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 436 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 340 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 674,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3000 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR