Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib
# 25 yanvar 2012 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 676 bəndədək, S&P 500 0,1% - 1 315 bəndədək enib, Nasdaq 0,1% - 2 787 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına Yunanıstan hökuməti və özəl investorlar arasında borcların restrukturizasiyası ilə bağlı konkret razılığın əldə edilməməsi və korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında yanvarın 24-də FTSE 100 indeksi 0,5% - 5 752 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 419 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 323 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 666,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3024 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR