Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,2% enib, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,2% enib, Nasdaq 0,4% yüksəlib
# 30 yanvar 2012 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 661 bəndədək, S&P 500 0,2% - 1 316 bəndədək enib, Nasdaq 0,4% - 2 817 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına bir sıra daxili və xarici amillər təsir edib. O cümlədən, iqtisadi artımın IV rübdə III rübə nisbətən 1 faiz bəndi artaraq 2,8%-ə çatması, iqtisadi gözləntilər indeksinin yanvarda 63,6 bənddən 69,1 bəndədək artması bazara yüksəldici, Belçika, Kipr, İtaliya, İspaniya və Sloveniyanın reytinqlərinin «Fitch» agentliyi tərəfindən endirilməsi isə azaldıcı təsir göstərib.

Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 1,1% - 5 734 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 512 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 319 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 735,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3220 (+1,0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR