Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq 0,2% enib
# 31 yanvar 2012 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 30-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 654 bəndədək, S&P 500 0,3% - 1 313 bəndədək, Nasdaq 0,2% - 2 814 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsi korporativ xəbərlərin təsiri altında baş verib.

Avropa fond bazarlarında yanvarın 30-də FTSE 100 indeksi 1,1% - 5 671 bəndədək, Almaniya DAX-ı 1,0% - 6 444 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 266 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 737,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3185 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR