Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,9%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,9%, Nasdaq 1,2% yüksəlib
# 02 fevral 2012 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 717 bəndədək, S&P 500 0,9% - 1 324 bəndədək, Nasdaq 1,2% - 2 848 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə Avropa və Çin üzrə makroiqtisadi xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 1-də FTSE 100 indeksi 1,9% - 5 791 bəndədək, Almaniya DAX-ı 2,4% - 6 617 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 368 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 749,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3166 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR