Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib
# 03 fevral 2012 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 705 bəndədək enib, S&P 500 0,1% - 1 326 bəndədək, Nasdaq 0,4% - 2 860 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına ötən həftə ərzində işsizlik üzrə müraciətlərin sayının azalması və korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 2-də FTSE 100 indeksi 0,1% - 5 796 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 656 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 377 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 759,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3139 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR