Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq 1,6% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq 1,6% yüksəlib
# 06 fevral 2012 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 12 862 bəndədək, S&P 500 1,5% - 1 345 bəndədək, Nasdaq 1,6% - 2 906 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına işsizlik səviyyəsinin ilin əvvəli ilə müqayisədə 0,2 faiz bəndi azalaraq 8,3%-ə düşməsi barədə hesabatlar təsir edib.

Avropa fond bazarlarında fevralın 3-də FTSE 100 indeksi 1,8% - 5 901 bəndədək, Almaniya DAX-ı 1,7% - 6 767 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 428 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 736,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3085 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR