Bank Of Baku

Dow Jones indeksi 0,05%, S&P 500 0,15%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,05%, S&P 500 0,15%, Nasdaq 0,4% yüksəlib
# 10 fevral 2012 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,05% - 12 890 bəndədək, S&P 500 0,15% - 1 352 bəndədək, Nasdaq 0,4% - 2 927 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına xarici xəbərlər təsir edib. Belə ki, Yunanıstan hökuməti və beynəlxalq kreditorlar ölkənin xərclərinin azaldılması barədə razılığa gəlib.

Avropa fond bazarlarında fevralın 9-da FTSE 100 indeksi 0,3% - 5 896 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 789 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 425 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 733,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3264 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR