Bank Of Baku

BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi kəskin azalıb

BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi kəskin azalıb
# 15 fevral 2012 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yanvar ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 36 ticarət sessiyasında 28 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə bu əməliyyatlarda 9 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 64,820 mln. manat və ya dollar ekvivalentində 82,497 mln. təşkil edib ki, bu da 2011-ci ilin dekabr ayı ilə müqayisədə 136,786 mln. manat və ya 3,1 dəfə az, ötən ilin yanvar ayına nisbətən isə 2,024 mln. manat və ya 3,1% çoxdur.

Hesabat ayında həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,583 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,946 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR