Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0553, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0553, AMFBI indeksi 1,0001 təşkil edib
# 16 fevral 2012 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq fevral ayının 16-na 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0553 bənd və ya 5,5% artaraq 1,0553 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin yüksəlməsi bazar kapitallaşmasının artması səbəbindən baş verib. Belə ki, fevralın 15-də 15 mln. manat həcmində olan not buraxılışı dövriyyədən çıxarılıb və 20 mln. manat həcmində olan not buraxılışı yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR