Bank Of Baku

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,5% yüksəlib
# 17 fevral 2012 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 12 904 bəndədək, S&P 500 1,5% - 1 358 bəndədək, Nasdaq 1,5% - 2 960 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə Yunanıstan barədə müsbət xəbərlər və bir sıra daxılı makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında fevralın 16-da FTSE 100 indeksi 0,1% - 5 885 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 752 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 393 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 734,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3023 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR