Bank Of Baku

Avropanın aparıcı fond indeksləri yüksəlib

Avropanın aparıcı fond indeksləri yüksəlib
# 21 fevral 2012 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avropa fond bazarlarında fevralın 20-də FTSE 100 indeksi 0,7% - 5 945 bəndədək, Almaniya DAX-ı 1,5% - 6 948 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 473 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, fevralın 20-də Prezidentlər Günü münasibəti ilə Amerika fond bazarında ticarət aparılmayıb.

Əvvəlki ticarət günü nəticəsində Dow Jones indeksi 12 950 bənd, S&P 500 1 361 bənd, Nasdaq 2 952 bənd təşkil edib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% artaraq 1 737,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3266 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR