Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib
# 24 fevral 2012 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 985 bəndədək, S&P 500 0,4% - 1 364 bəndədək, Nasdaq 0,8% - 2 957 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə əmək bazarı və daşınmaz əmlak bazarı üzrə xəbərlər təsir edib. Belə ki, məlum olub ki, dekabr ayında daşınmaz əmlakın qiymətləri orta hesabla 0,7% artıb. Eyni zamanda ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı əvvəlki həftə ilə müqayisədə dəyişməyib. Bu xəbərlər bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında fevralın 23-də FTSE 100 indeksi 0,4% - 5 938 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,5% - 6 810 bəndədək enib, Fransa CAC-40-ı 0,01% - 3 447 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 782,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3372 (-0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR