Bank Of Baku

AGBI indeksi 0,9756, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9756, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 27 fevral 2012 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0245 bənd və ya 2,5% azalaraq fevral ayının 27-nə 0,9756 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0139 bənd və ya 1,4% artaraq 1,0001-a bərabər olub.

AGBI indeksinin azalması bazarın kapitallaşmasının azalması ilə bağlıdır. Belə ki, fevralın 24-də dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb. Buraxılışın həcmi 3 mln. manat təşkil edib.

AMFBI artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR