Bank Of Baku

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,2%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,2%, Nasdaq 0,2% yüksəlib
# 27 fevral 2012 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 12 983 bəndədək enib, S&P 500 0,2% - 1 366 bəndədək, Nasdaq 0,2% - 2 964 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların həm malkroiqtisadi, həm korporativ xəbərlər təsir edib ki, nəticədə bazarda vahid dinamika müşahidə olunmayıb.

Avropa fond bazarlarında fevralın 24-də FTSE 100 indeksi 0,1% - 5 935 bəndədək enib, Almaniya DAX-ı 0,8% - 6 864 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 467 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 777,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3448 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR