Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% enib
# 01 mart 2012 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 952 bəndədək, S&P 500 0,5% - 1 366 bəndədək, Nasdaq 0,7% - 2 967 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı səbəb olub. Belə ki, B.Bernankenin sözlərinə görə, ABŞ hökuməti iqtisadiyyatın dəstəklənməsi üçün yeni stimullaşdırıcı proqramı işə salmağa hazırlaşır.

Avropa fond bazarlarında fevralın 29-da FTSE 100 indeksi 1,0% - 5 872 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 856 bəndədək, Fransa CAC-40-ı 0,04% - 3 452 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 723,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3348 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR