Bank Of Baku

BBVB-nin valyuta bölməsində 6,748 mln. dollarlıq əqdlər bağlanılıb

BBVB-nin valyuta bölməsində 6,748 mln. dollarlıq əqdlər bağlanılıb
# 01 mart 2012 15:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Biryasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7853 AZN/$1 təşkil edib.

BBVB-dən « APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7853 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 5 303 928 AZN təşkil edib. Sessiyanın nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7853 AZN təşkil edib.

BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 6,748 mln. dollar və ya 5 303 928 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 13,36%, ABŞ dolları üzrə isə illik 13,50% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR