Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib
# 02 mart 2012 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 980 bəndədək, S&P 500 0,6% - 1 374 bəndədək, Nasdaq 0,7% - 2 989 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib. Məlum olub ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb və bu xəbər bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında martın 1-də FTSE 100 indeksi 1,0% - 5 931 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 942 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 500 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 722,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3304 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR