Bank Of Baku

Dow Jones indeksi 0,02%, S&P 500 0,3%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,02%, S&P 500 0,3%, Nasdaq 0,3% enib
# 05 mart 2012 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 12 978 bəndədək, S&P 500 0,3% - 1 370 bəndədək, Nasdaq 0,3% - 2 976 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə bazar iştirakçıları arasında maliyyə bazarlarında olan vəziyyətin makroiqtisadi vəziyyətə uyğun olmaması barədə ehtimallar təsir edib.

Avropa fond bazarlarında martın 2-də FTSE 100 indeksi 0,3% - 5 911 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 921 bəndədək enib, Fransa CAC-40-ı 0,04% - 3 501 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 713,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3189 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR