Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 1,5%, Nasdaq 1,4% enib

Dow Jones indeksi 1,6%, S&P 500 1,5%, Nasdaq 1,4% enib
# 07 mart 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 12 759 bəndədək, S&P 500 1,5% - 1 343 bəndədək, Nasdaq 1,4% - 2 910 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə xarici amillər səbəb olub. O cümlədən, Yunanıstan borcunun restrukturizasiyası barədə qeyri-müəyyənlik bazara mənfi təsir edir.

Avropa fond bazarlarında martın 6-da FTSE 100 indeksi 1,8% - 5 767 bəndədək, Almaniya DAX-ı 2,8% - 6 671 bəndədək, Fransa CAC-40-ı 3,0% - 3 382 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% azalaraq 1 676,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3142 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR