Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 1,0%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 1,0%, Nasdaq 1,2% yüksəlib
# 09 mart 2012 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 908 bəndədək, S&P 500 1,0% - 1 366 bəndədək, Nasdaq 1,2% - 2 970 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsi xarici amillərin təsiri altında baş verib. Belə ki, Yunanıstanda nəzarətsiz defoltun qarşısını almaq mümkün olacağı gözlənilir.

Avropa fond bazarlarında martın 8-də FTSE 100 indeksi 1,2% - 5 860 bəndədək, Almaniya DAX-ı 2,5% - 6 835 bəndədək, Fransa CAC-40-ı 2,5% - 3 478 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 705,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3265 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR