Bank Of Baku

Dow Jones indeksi 1,9%, S&P 500 1,8%, Nasdaq 1,9% yüksəlib

Dow Jones indeksi 1,9%, S&P 500 1,8%, Nasdaq 1,9% yüksəlib
# 14 mart 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 13 178 bəndədək, S&P 500 1,8% - 1 396 bəndədək, Nasdaq 1,9% - 3 040 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə Federal Ehtiyat Sisteminin baza faiz dərəcələrinin 0-0,25%-lik səviyyədə saxlanılması barədə qərar təsir edib.

Avropa fond bazarlarında martın 13-də FTSE 100 indeksi 1,1% - 5 956 bəndədək, Almaniya DAX-ı 1,4% - 6 996 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 550 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% azalaraq 1 677,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3068 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR