Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,03% yüksəlib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,03% yüksəlib
# 15 mart 2012 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 194 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 394 bəndədək enib, Nasdaq 0,03% - 3 041 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında martın 14-də FTSE 100 indeksi 0,2% - 5 945 bəndədək enib, Almaniya DAX-ı 1,2% - 7 079 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 565 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,1% azalaraq 1 642,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3023 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR