Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% yüksəlib
# 16 mart 2012 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 253 bəndədək, S&P 500 0,6% - 1 400 bəndədək, Nasdaq 0,5% - 3 056 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb, istehsalçıların qiymətləri fevralda artıb və sənaye sahəsində işgüzarlıq fəallığı indeksi mart ayında artıb.

Avropa fond bazarlarında martın 15-də FTSE 100 indeksi 0,1% - 5 941 bəndədək enib, Almaniya DAX-ı 0,9% - 7 145 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 580 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 658,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3086 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR