Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,4% enib
# 23 mart 2012 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 046 bəndədək, S&P 500 0,7% - 1 393 bəndədək, Nasdaq 0,4% - 3 063 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə əsasən xarici amillər səbəb olub. O cümlədən, Avrozonada işgüzar fəallığı indeksinin mart ayında azalması və Çində sənaye sektorunda işgüzar indeksinin azalması barədə məlumatlar bazara mənfi təsir edib.

Avropa fond bazarlarında martın 22-də FTSE 100 indeksi 0,8% - 5 846 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 981 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 473 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 643,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3195 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR