Bank Of Baku

AGBI indeksi 0,9742, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9742, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 28 mart 2012 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0259 bənd və ya 2,6% azalaraq mart ayının 28-nə 0,9742 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-a bərabər olub.

AGBI indeksinin azalması bazar kapitallaşmasının azalması səbəbindən baş verib. Belə ki, martın 27-də həcmi 3 mln. manat olan dövlət istiqraz buraxılışı dövriyyədən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR