Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,1% enib
# 28 mart 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 198 bəndədək, S&P 500 0,3% - 1 413 bəndədək, Nasdaq 0,1% - 3 120 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə istehsalçıların etimad indeksinin və ölkənin 20 ən iri şəhərlərdə daşınmaz əmlakının qiyməti indeksinin azalması barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında martın 27-də FTSE 100 indeksi 0,6% - 5 870 bəndədək, Almaniya DAX-ı 0,01% - 7 079 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 470 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 682,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3332 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR