Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4% yüksəlib, Nasdaq 0,1% enib
# 02 aprel 2012 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 212 bəndədək, S&P 500 0,4% - 1 409 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 092 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına xarici amillər təsir edib.

Avropa fond bazarlarında martın 30-da FTSE 100 indeksi 0,5% - 5 769 bəndədək, Almaniya DAX-ı 1,0% - 6 947 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 424 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 670,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3339 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR