Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib
# 02 aprel 2012 14:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5-ci buraxılışının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərracda iştirak edən 3 investor tərəfindən verilən sifarişlərin ümumi məbləği nominal üzrə 27,648 mln. manat təşkil edib.

Sifarişlər investorlar tərəfindən 100,15% qiyməti ilə təqdim edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib. Beləliklə, bu buraxılışın dövriyyədə olan hissəsi 5 mln. manata çatıb, emissiyanın ümumi həcmi isə 30 mln. manatdır. İstiqrazların ödəmə tarixi 2022-ci il yanvarın 22-nə təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR