Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib
# 03 aprel 2012 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 265 bəndədək, S&P 500 0,7% - 1 419 bəndədək, Nasdaq 0,9% - 3 120 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə ölkə iqtisadiyyatında bərpa əlamətlərin olduğunu təsdiq edən bir sıra statistika məlumatları təsir edib.

Avropa fond bazarlarında aprelin 2-də FTSE 100 indeksi 1,9% - 5 875 bəndədək, Almaniya DAX-ı 1,6% - 7 057 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 463 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 681,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3339 (0,0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR