Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% enib
# 04 aprel 2012 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 200 bəndədək, S&P 500 0,4% - 1 413 bəndədək, Nasdaq 0,2% - 3 114 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə bir sıra makroiqtisadi göstəricilərin mənfi proqnozlarının açıqlanması təsir edib.

Avropa fond bazarlarında aprelin 3-də FTSE 100 indeksi 0,6% - 5 838 bəndədək, Almaniya DAX-ı 1,1% - 6 982 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 407 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,1% azalaraq 1 645,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3203 (-1,0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR