Bank Of Baku

Dow Jones indeksi 1,0%, S&P 500 1,0%, Nasdaq 1,4% enib

Dow Jones indeksi 1,0%, S&P 500 1,0%, Nasdaq 1,4% enib
# 05 aprel 2012 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 13 075 bəndədək, S&P 500 1,0% - 1 399 bəndədək, Nasdaq 1,4% - 3 068 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə ölkənin xidmət sahəsində fəallıq indeksinin mart ayında azalması barədə məlumat təsir edib.

Avropa fond bazarlarında aprelin 4-də FTSE 100 indeksi 2,3% - 5 704 bəndədək, Almaniya DAX-ı 2,8% - 6 784 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 314 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 624,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3151 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR