Bank Of Baku

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,1% enib
# 10 aprel 2012 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 9-da Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 12 930 bəndədək, S&P 500 1,1% - 1 382 bəndədək, Nasdaq 1,1% - 3 047 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə əmək bazarı barədə proqnozlardan daha mənfi olan göstəricilər səbəb olub. Belə ki, mart ayında iş yerlərinin sayı 120 min artsa da, bu, proqnozdan təxminən 41% az olub.

Avropa fond bazarlarında aprelin 9-da FTSE 100 indeksi 0,4% - 5 724 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 6 775 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3 320 bəndədək yüksəliib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% artaraq 1 653,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3130 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR